Friday, October 06, 2006


خزر خانيم


Xəzər Xanım



Bilirəm Gəlmək İstəyirsən

Bilirəm
Gəlmək istəyirsən
Ruhun rahat deyil
Qanın hələ yerdə axır..
Səni istəyir qurşunlar
Gəl parçalayaq gögsünü,deyir.
Axsın yerdə geyrətinin qanı.

Bilirəm
Gəlmək istəyirsən
Sor !
Niyə axdı qanım?
Niyə getdi canım?
Niyə oturubsan ey vətən?
Qalx ayağa
Oturmaq sənə yaraşmaz,
…………………………………de!
Qanım hələ yerdə qalıb
Bağır bağır, bağırır məni
Qanım yerdə qalmayacaq
Hayqır
Ey şəhid..

Bilirəm
Gəlmək istəyirsən
Zoruna gedir bu zülüm
Qeyrətin ruhunda sığmır
Ağlamaq istəyirsən
Ağla !
Vətənimin halına ağla !
Durma !
Gəl !
Səni gözləyir ANAN !
Vətən,
Qurşunlara qurban verəcək
........................................... səni .
Ruhun saracaq toprağı
Kimsə sənə toxuna bilməyəcək.
Ruhunu kimsə qurşunlayamayacaq
Sar bütün vətəni
Səni heç kim tutabilməz
Qurşunlar gögsünü yarabilməz.
Qanın yerdə axmayacaq..
Vətəni qurtar !
Vətən sənsiz qalmayacaq
Topraq səni öpəcək
Topraq sensiz qalmayacaq..
Xəzər 08/09/2006

Bu Şəhər

Bu şəhərin duvarları
Tüpürəcək dünyanın utanmaz üzünə
Ox olub batacaq, dünyanın kor gözlərinə
Bu şəhər qan qusacaq

Atdım-atdım, toprağında
Qara büyülərin izi var!
Damla damla suyu
Həsrət qoxur

Bu şəhərdə 35 milyon rişter deprəm olacaq !!!

Sızıldayır binaların daşları, kərpiçləri
Sankı kötü ruhlar sarıb hər yeri
Birər-birər alızlanmış duvarlar, beyinlər,
Şəhərimdə var olan bütün hücrələr,

Artıq, məni kimsə öldürə bilməz
Artıq, bu uçuşa həsrət qollarımı
Kimsə tutabilməz
Öfkə, püskürəcək gözlərim
Əllərim, öldürməyə bilənir.
Qəlbimdəki acılar
Qılınclaşır bu şəhərdə.
Yooox! Hələ bu şəhəri qoruyacaq canlar var
Öksüz dəyil bu şəhər
Evrən alqışlayacaq öfkəmizi
Qopuzlar geri dönəcək əsirlikdən,
Və şəhərimin duvarlarında
Özlük gülləri bitəcək.

Yetər ki əlini mənə ver...
Yetər ki özləşdir ruhunu...
Yetər ki özün ol, özün.......

Xəzər , Bazartesi, Mayıs 22, 2005 12:44

Labels:

0 Comments:

Post a Comment

<< Home