Friday, January 12, 2007



شلاله جوانشیر


Şəlalə Cavanşir


olumsuz_heyat18@yaoo.com



آرزی

سؤیله میشدین
شَهَه ریمیزه قار یاغان زامان
بیر قوجاق سئوگیله گله جکسه ن
شئیطانلارلا دؤیوشوب
قارانلیق شَهَه ری ایشیقلاندیراجاقسان
گلمه دین
شَهَه ر ایشیقلانمادی
شئیطان اوزلو اینسانلار
گولدو بیزه
و هر گئجه، دهشتلی
گولوشلرین سسی دویولدو
گلمه دین
سارماشدی ساچلاریم
سن گئده ن یولا
Bir neçə şeir

1.

Bu gün ağladı bu əski şəhər
Bütün sevgi dolu küçələri ıslandı
Mənim də gözlərim ağladı
Mən də acı göz yaşlarımla ıslatdım
Ürəyimin sənsiz küçələrini...

2.

Bizim şəhərdə sevinc də hüzün də bərabər yaşayır
Həm mutsuzluq tikanı bitir həm ümüd çiçəkləri
Amma bizim şəhər ağlayır
Hər damla göz yaşında bir hüzün var
Bizim şəhərin içində yanqın var
Özləm var
Özgürlük özləmi

-------------------------------
Gecənin qaranlığından sonra
Günəşli dünya güldü bizə
Yaşadıq bu günəşli dünyada
Dünyanı unutduq
Unutduq hər sabah
Ağacların yorğun baxışlarından
Tökülən yarpaqları
Və dünyaya göz açan körpə uşaqları
Sonuncu şam kimi sönən insanları.
--------------------------------

Mən də böyüyəcəyəm
Bu torpaqlı küçələrdə
Işıqlı arzularla
Qanad qanad mavı dalğayla
Üzəcəyəm bu geniş dənizdə
Bir bulut kimi ürəyi tutulan
Anaları görəcəyəm
Onlar bütün insanların gözləriylə ağlayırlar
Deyirəm bu gözyaşlarla bir dəniz yaranar
Və bu dəniz bizim olacaq əlbətdə.

1
Mən uzaqda - sən uzaqda
bizi bizə - ürəyimizi ürəyimizə çatdıran
beş sətirlik bir məktub
ünvanı - sonsuz sevgilər
beş sətirlik məktub ürəyimdən axıb gəlir
vülkanlar kimi coşur
sonuncu sətirdə - sonuncu sözdə
Səni düşünürəm
röyalarımda əllərin əlimdə içimdə bir dəniz
dəniz axır ürəyimdən
sən son gəminin içində

2
Burda səslər kəsilir
Gözlər oyulur
Dodaqlar tikilir
Həsrət yağış kimi Gözlərdən axır
Ürəklər Buludlar kimi Tutulur
Səsimiz divarlar arasında həbs olur
Bu sınıq Ürəyi Göylərə tutmaq istəyirik
Bu ürək böyükdür - Göylərə sığmaz
Həsrətimiz
Özümüzə
Ürəyimiz
Özgəyə
Bilmirəm Bəlkə Bu Günlərin sonu var
Bəlkə Bu yağışın sonu var

3
Pəncərədən həyətə baxıram
Həyətdəki ağaclar Gözə qoca görünürlər
Tək - tək Qopub Düşən yarpaqlar
Bir xatirədir sevgidir
Bir yalqız İnsanın həsrətidir
Bir Millətin yarpaqlar kimi ayaqlar altında qalan səsidir

4
Yenə sahil üzünə dönüb
Baxıram uçan quşlara
Dənizin nəfəsi məni əfsunlayıb səbrimi kəsir
quşlar uçurlar uzaqlara
Ağaclar baxırlar hey o yollara
Ancaq dil açıb danışa bilməyirlər
Baxırlar mənim kimi onlar dənizə
Dəniz ləpələri hədiyə verir bizə

5
Bizim şəhərə bir dəstə duman qonaq gəlmək istəyir
Bilirəm qar yağacaq Yurduma qış hakim olacaq
Uca dağların başını yas duman alacaq
Ama
Unutma
Qış hakim olan yurduma
Sım Sıcaq
Günəş hakim olacaq

6
Yenə sərin yağmur yağır
mənim saçlarımı ısladacaq
sənin mehriban əllərin
saçlarıma düyünlənəcək

Bilirəm bir daha gələcəksən
əllərinin varlığını his edəcəyəm

Ey mənim anlarımın uzaqlığı
seni hansı yalqızlıq anlarımdan tapıb
yaşıl gözlərini
zamanın uzaqlıq tozundan qoruya bilim

Mənim uzaqlıq anlarım
zamanın keçən şehli opuşləriylə dolur
mən hələ də ərğivan sarmaşıqların yanında
səni gözləyirem

7
Yel haray salır
titrəyir budaqlar
əsir yarpaqlar
ağaclar baş əyib öpür bir birin
böyük məhəbəti bölüsür onlar

Uzaqdan gələn saqqız satan bir uşaq
əlinde saqqız dilinde yalvarış
gəlib dincəlir ağacların altında
hər şeydən xəbərsiz
muqədəs sevginin göydən yerə enməsin
bilməyir
Ayaqları başmaqdan göy üzündəki günəşə baxır
Günəş qan dənizin içində
dağlar dalında gizlənmək istəyir

1
Yazan : Cudit Niklez
Çevirmə : Şəlalə Cəvanşir

Adını Mənə Ver
Onu Meşələrdə Oxuyum
Onu torpaqlar Üstünə Yazım
Ildırımlarla Çığırım

Yel ilə Nəfəs Çəkim
Adını Dağlara Çığıraram
Qoy Yağışla Tikrar Olsun
Adını
Dənizin Ürəyine
Yazacağam

Labels:

1 Comments:

At 1:46 AM, Blogger Unknown said...

siirlerinizi okuyacagam, minnetdarlikla!
buyuk basarilar sizin,
ferketmez bizim de olacak!

 

Post a Comment

<< Home